Paşinyan Azərbaycanın ərazi bütövlüyünü SSRİ sərhədləri əsasında tanımağa hazırdır. Bununla da o, faktiki olaraq Qarabağın Azərbaycana aid olduğunu etiraf edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.
“Yeganə problem bu deyil. Bəs Ermənistan ərazisində anklavlar (Azərbaycanın 8 kəndi Ermənistan ərazisindədir – red.) necə olacaq? Onları da təhvil verməyi planlaşdırırlarmı? Baş Bazirin dünənki bəyanatı belə bir ehtimala dəlalət edir”, - o bildirib.
Vanetsyan vurğulayıb ki, Azərbaycan Ermənistanın Ararat rayonunda dövlətlərarası yolun keçdiyi Kərki kəndinə iddia edir:
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
“Bununla yanaşı, Tavuş rayonunun bir sıra kəndlərinə ərazi iddiaları irəli sürülür. Müxalifətin küçə mübarizəsi Azərbaycanla sənədin imzalanması planlarına mane olsa da, hazırkı proseslər sənədin müddəalarının imzalanmasa da, həyata keçirildiyini göstərir. Əslində delimitasiya və demarkasiya sənəd imzalanmadan həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycanın irəliləməsidir, yəni Dığ (Tex) kəndindəki mövqeləridir”.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video