Ermənistanda 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərməkdə ittiham edilən polkovnik rütbəli hərbi hissə komandirinin müavini həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
“İbtidai istintaq zamanı bölmə komandirinin müavininin ölkədə elan olunmuş hərbi vəziyyət şəraitində oktyabrın 10-dan noyabrın 3-dək “xəstələnərək”, tibb müəssisəsində stasionar müalicədə qalması barədə məlumat əldə edilib. Ona qarşı ittiham elan edilib, məhkəmənin qərarına əsasən o, iki ay müddətinə həbs olunub”, - məlumatda deyilir.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video