1827-ci ildən 1920-ci ilə qədər İrəvan şəhərinin Təpəbaşı səmtindəki məscidi yaxınlığındakı məhəllənin müsəlman qəbiristanlığı dövrün şəhər planlarında sənədləşdirilmişdi. Lakin bu qəbiristanlıq artıq 1943-cü il planında görünmürdü.
BUTA.TV xəbər verir ki, bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib.
“Müasir peyk görüntüsündən aydın olur ki, qəbiristanlıq ərazisində məhəllə sisteminə əlavə edilmiş yeni yaşayış yerləri salınıb. Təəssüf ki, hələ əlimizdə bu qəbiristanlıqla bağlı sənədlər yoxdur. Ancaq İrəvan şəhərində hər məhəllənin öz məscidi və qəbiristanlığı olub. Şəhərə sonradan köçürülən ermənilərin isə qəbiristanlığı şəhərdən kənarda yerləşirdi. Azərbaycanlılara qarşı ermənilər soyqırım və deportasiya həyata keçirdikdən sonra bu qəbiristanlıqları da məhv ediblər”, - tarixçi yazıb.
Qeyd edək ki, 1-ci plan 1827-ci ilə, 2-ci 1906-1911-ci illərə, 3-cü 1920-ci ilə, 4-cü isə 1943-cü ilə aiddir.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video