Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Kərim Babayevin bazarlarına ordu yeritdilər, yüzlərlə saxlanılan var - VİDEO

Hadisə
Kərim Babayevin bazarlarına ordu yeritdilər,     yüzlərlə saxlanılan var - VİDEO

Rusiyanın Rostov vilayətində güc strukturları dünən səhər saatlarında azərbaycanlı biznesmen Kərim Babayevə məxsus üç nəhəng ticarət mərkəzində xüsusi əməliyyat keçirib.


Buta.ws Virtualaz.org-a istinadən xəbər verir ki, 3500-ə yaxın polis, hərbçi və “Rosqvardiya” döyüşçüləri vilayətin Aksay rayonunda biznesmenə məxsus “Almaz”, “Klassik” və “Atlant” ticarət mərkəzlərini mühasirəyə alıb, nəticədə yollarda uzunluğu kilometrlərlə ölçülən tıxaclar yaranıb.

Kərim Babayevin adı Aksay rayonunun administrasiyasının başçısı, aprelin 12-də həbs edilən Vitali Borzenkonun işində keçir. Borzenko 27 ildir həmin vəzifəni tuturdu və Federal Təhlükəsizlik Xidməti onu dövlətə məxsus torpaq sahələrini dələduzluq yolu ilə ələ keçirilməsi, korrupsiya kimi ittihamlarla həbs edib. Borzenko ilə birlikdə Kərim Babayevin oğlu Eduard Babayev və biznesmenin daha bir ortağı da həbs olunub. Kərim Babayevin isə Türkiyə üzərindən Azərbaycana, “nüfuzlu qohumlarının yanına” qaçdığı bildirilir. O, “Rostovun Berezovskisi” hesab edilir, çünki şirkətləri, kommersiya obyektləri və böyük torpaq sahələri var.

Biznesmenin “Almaz”, “Klassik” və “Atlant” adlı üç bazarı isə Aksay rayonunun inzibati ərazisində, faktiki olaraq isə Rostov şəhərinin çıxışında 15 hektar ərazidə yerləşir. “Rostov Gazeta” bildirir ki, bazarlarda keçirilən xüsusi əməliyyat zamanı 460 ticarətçi və ticarət köşklərinin sahibləri saxlanılaraq aparılıb. Onların qeyri-leqal miqrantlar olduğu bildirilir. Saxlanılanlar Əfqanıstan, Ermənistan, Azərbaycan və Türkiyə vətəndaşlarıdır. Bazarda işləyən qeyri-leqal miqrantların əksəriyyətinin mayın 4-nə qədər deportasiya olunacaqları deyilir. Saxlanılanları Rostovun bir neçə polis bölməsinə aparıblar. Bəzi məlumatlara görə bazarların ərazisində qeyri-leqal miqrantların yaşadığı qanunsuz tikililər də aşkarlanıb.

Hər üç bazar hazırda bağlıdır, onların sonrakı taleyinin necə olacağı məlum deyil.


Həbs olunan rayon başçısı Vitali Borzenkonun uzun illərdir Kərim Babayevlə əlbir olaraq ona torpaq sahələri ayırdığı, bazarlarından haqq aldığı bildirilir. KİV-lər K.Babayevin Rusiyada da çoxsaylı biznesmen qohumlarının olduğunu yazır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla