Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Müstəntiqin rüşvət istəməsi iddiası ilə bağlı DİN-dən - Açıqlama

Ölkə
Müstəntiqin rüşvət istəməsi iddiası ilə bağlı DİN-dən     - Açıqlama

Daxili İşlər Nazirliyi vətəndaş Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin ittiham olunduğu cinayət işi üzrə müstəntiqə 5 min manat rüşvət vermədikləri üçün oğluna ağır cəza verilməsi barədə iddialara münasibət bildirib.


DİN Mətbuat Xidmətindən bildirilib ki, R.Nuraliyev 2019-cu ilin oktyabrın 2-də Nəsimi rayonunda Taleh Rüstəmovun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq edib, daha sonra onu digər ünvana apararaq bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə ələ keçirib: "Fakta görə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə R.Nuraliyev Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.


Cinayət işinin istintaqı 2020-ci il martın 26-da tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin 17 avqust 2020-ci il tarixli hökmü ilə R.Nuraliyev müvafiq maddələr üzrə təqsirli bilinərək 8 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalması və ibtidai istintaqı aparan müstəntiqin hər hansı tələbinin olması ilə bağlı təqsirləndirilən şəxsin anasının iddiaları tam əsassızdır, həqiqəti əks etdirmir. Övladının təqsirsiz olması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin xüsasatları müvafiq qaydada araşdırılmaqla təsdiqini tapmayıb".


Qeyd edək ki, E. Şıxaliyeva Meydan TV-yə açıqlamasında bildirib ki, işi aparan müstəntiq Rəvan Salayevin istədiyi 5 min manatı vermədikləri üçün ittiham ağırlaşdırılıb.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla