N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan BUTA.TV-a verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hazırda Günəşin səthində tac dəliyi müşahidə edilmir.
Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olub, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub. Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə -7.58 nT-yə çatıb.
Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub və hazırda isə qeyri-sabitdir.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Proqnoz günlərində – aprelin 10-dan 16-dək C sinif alışmanın başvermə ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 25 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin aprelin 11-də yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və aprelin 7-də baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video