Akademik Milli Dram Teatrı (AzDrama) ilə yollarını qalmaqallı şəkildə ayıran aktyor Hikmət Rəhimov vəfat edən teatrın direktoru Azər Paşa Nemətov haqda paylaşım edib.
BUTA.TV yazır ki, sənətçi feysbuk hesabında bunları yazıb:
“Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda bir heç olduğunuzu Tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür!”. Qeyd edək ki, illər öncə işdən çıxarılan Hikmət Rəhimov mətbuata açıqlamasında bu sözləri demişdi:
“Bir insanla mübahisəm oldu. Sonra məni otağına çağırıb dedi ki, yaz ərizəni, get, o insan da bölmədən ərizəsini geri götürər. Çünki o, Akademik Milli Dram Teatrına direktor təyin olunanda onu təbrik etməmişdim, bu da onda qərəz yaradıb. Əgər sən ədalətli direktorsansa, mənimlə yanaşı onu da teatrdan çıxarmalı idin. Bu intriqanın adı nədir? Niyə? Direktor təyin olunanda sizi təbrik etmədim, buna görə?”.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM

- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video