Azərbaycan ordusu çox güclüdür və döyüşə hazırdır. Bu ordu İranla qarşılaşmaq iqtidarındadır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.
“İran tanklarını irəli-geri sürəcək və Azərbaycanla Türkiyəni qorxutmağa çalışacaq. Amma məsələ ondadır ki, onlar qorxmur və hətta deyərdim ki, İranın “qaşınmasını” istəyir. Bu perspektivdə İsrail və ABŞ-ın vəziyyətdən istifadə etmək şansı var”, - o bildirib.
Arestoviç qeyd edib ki, Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çoxlu sayda azərbaycanlının yaşadığını unutmaq olmaz:
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
“Mən orada yaşayan bir neçə on milyon azərbaycanlını deyəirəm. Rəqəmi 18-dən 28-ə qədər deyirlər, amma bu belə İran üçün çox böyükdür. Bəs onlar Azərbaycan ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? Onlar bir xalqdır. Reaksiya isə tamamilə naməlumdur. Sonra İranın öz daxili problemlər başlaya bilər. Ona görə də silaha qurşanmaq o demək deyil ki, iranlılar bundan istifadə etməyə çalışacaqlar”.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video