Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 85 yeni yoluxma faktı qeydə alınıb.
Koronavirusa yoluxmuş 69 nəfər sağalıb, 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 829 988 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, hazırda 456 aktiv xəstə var. Bu günə qədər 10 189 nəfər vəfat edib.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 353, bu günə qədər isə ümumilikdə 7 562 699 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 828 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 956 416 olub.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video