Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə BUTA.TV-a Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib.
"Son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.
Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır.
Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır", - İcra Hakimiyyətindən bildirilib.
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video