“Saflıq insanda hər zaman var. Amma bu həyatda insanı iyrəndirib, çirkinləşdirirlər.
Bundan sonra duyğular da ləkələnir. Nə qədər mərhəmətli olmaq olar... Onsuz da bu insanlar düzələn deyillər. Ömür boyu yaxşılıq elə, üç-beş gün etmə, hər şey yaddan çıxacaq və ən pis insan sən olacaqsan”.
BUTA xəbər verir ki, bu sözləri idmançı Kamil Zeynallı qonaq olduğu “Gül kimi” axşam şousunda deyib. Kamil bildirib ki, bundan sonra o, artıq heç kimə yardım etməyəcək: ““Instagram” səhifəmdə yazmışam ki, artıq mənə yardımlar üçün yazmayın. İnsanlar var ki, ehtiyacı var, keyfindən yazır. Allah köməkləri olsun. Kirayə pulu, təhsil haqqı, bankın krediti üçün, xəstədir, dərmana ehtiyacı var, yazır ki, dərmanlarımı al və ya bir digəri borca pul istəyir. Ağlınıza nə gəlirsə, hər şey istəyirlər. Amma mən bunu edə bilmirəm.
Zamanında pandemiya və İkinci Qarabağ müharibəsi vaxtı həmvətənlərimizin, yaxşı qardaşların dəstəyi ilə yardımlar etmişəm. Artıq mən də öz işimdə, gücümdəyəm. Heç bir yardım etmirəm. Bu gün də yazıb hamıya bildirmişəm ki, məndən yardım istəməyin”.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video