Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq elan etməyi təklif edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə xalqa və parlamentə müraciəti zamanı deyib.
“Eskalasiya başlamadan öncə, elə indi dayanmalıyıq. Hərbi əməliyyatların dayandırılmasını, atəşkəs elan olunmasını təklif edirəm. Əgər Qərb barışıqdan öz məqsədləri üçün istifadə etməyə çalışarsa, Rusiya münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi sənaye kompleksinin və ordunun bütün gücündən istifadə etməyə borcludur”, - o bildirib.
Belarus lideri vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə yolu ilkin şərt olmadan danışıqlardır.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin hərəkətlərindən də qəzəblənib:
“Suveren ölkənin prezidenti konkret olaraq ona aid olan fərman imzalayır və özünə sülh danışıqları aparmağı qadağan edir. Bu, sadəcə olaraq gülüncdür - mən sizə bir prezident kimi deyirəm. Danışıqlar aparmaq istəmirsinizsə - aparmayın, daha niyə bu fərmanı imzalayıb, məni güldürürsünüz, bununla nə nümayiş etdirmək istəyirsiniz?”
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video
- Kuboku almağa rəqs edərək getdilər - Video
- Polislər bu gün yollarda… - Video