TDT-dən soyqırımla bağlı paylaşım: Qardaşlarımızla birgə...

TDT-dən soyqırımla bağlı paylaşım: Qardaşlarımızla birgə...

Tarix: Siyasət

Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə şəhidlərimizi ehtiramla yad edirik.

BUTA.TV xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatı (TDT) tviterdəki 1918-ci ilin martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşımında yer alıb.

“Bu gün (təşkilatın-red) qurucu üzv dövlətimiz olan Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günüdür. Bu matəm günündə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edirik”, - paylaşımda qeyd olunub.