Erməni hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın korrupsiyaya bulaşmış hökumətini sərt tənqid edib.
BUTA.TV xəbər verir ki, hüquq müdafiəçisi qeyd edib:
“Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur.
Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə, bu dəvətlə demokratiya anlayışına kölgə salınır.
Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı