Fazil Mustafanın son durumu...

09:28 - 29 Mart 2023 - GÜNDƏM

 Fazil Mustafanın son durumu...

Deputat Fazil Mustafanın vəziyyəti yaxşıdır, ağrıları yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a onun ailə yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, deputat palataya köçürülüb:

“Özü ilə səhər danışmışıq. Vəziyyəti yaxşıdır. Güclü ağrılarının olmadığını dedi. Axşam yanında ailəsi qalıb. Yanına ziyarətçi buraxılmır. Həkimlər də vəziyyətinin yaxşı olduğunu deyirlər. Böyük ehtimalla bir neçə gün həkim nəzarətində müalicəsini davam etdirəcək”.

Qeyd edək ki, ötən gecə axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol