Birinci Qarabağ müharibəsi qazisi, baş çavuş Rüxsarə Cumayevanın (Tutu xanım) vəziyyəti yaxşı deyil.
Məsələ ilə bağlı BUTA.TV-a danışan qazi onu martın 15-i Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində, evinin qarşısında maşın vurduğunu deyib.
“Səhər saatlarında 5 saylı poliklinikaya dərmanlarımı götürməyə gedirdim. Taksiyə minmək üçün yolu keçdiyim zaman maşın məni vurdu. Sürücü maşından düşüb “Bağışla xala, fikrim telefondaydı səni görmədim” deyə bildirdi. Arxadan gələn maşındakı şəxs isə həmin oğlana “sür qırağa, qoy çıxıb gedək” dedi, o isə məni yolun kənarına çəkib maşını sürüb getdi. Ona təcili yardım maşını çağırmasını yalvarsam da, vecinə almadı. Səsimə qonşular çıxdılar və tibbi yardım çağırdılar. Bundan sonra məni 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) apardılar. Orada MRT-yə (Maqnit-Rezonans Tomoqrafiya) salanda məlum oldu ki, belimin onikinci fəqərə sütunu qırılıb. Məni vuran şəxsi polisə tibbi yardım şikayət edib. Onun üzünü xatırlamıram. Bu günədək də o, mənə heç bir köməklik göstərməyib. Polisdən məni vuranın Naxçıvanın Kəngərli kəndindən olan Razi Abdullayev olduğunu öyrənmişəm. O, bir dəfə hadisə baş verəndən 4 gün sonra gecə saatlarında evimizin yaxınlığına gəlib. Onda deyib ki, iş məhkəməyə qədər getsə də, mən özümü məhkəmədən qurtaracam. Lakin mən vətəninə, dövlətinə xidmət etmiş biri kimi başda Vilayət Eyvazov olmaqla bir qadını vurub getmiş şərəfsizi tutacaqlarına əminəm. Bu gün ekspertiza məhkəməyə rəy verməlidir. Ondan sonra iş məhkəməyə gedəcək”, - o bildirib.
38 ildir ki, bir otaqlı, şəraitsiz evdə yaşayan R.Cumayeva müalicəsi üçün imkanının olmadığını bildirib.
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
Ona kömək etmək istəyənlər 050 395 67 80 nömrəsilə əlaqə saxlaya bilərlər.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video