Bu gün məşrutə dövrünün Azərbaycan ziyalısı və tənqidçi şairlərindən olan Mirzə Əli Möcüz Şəbüstərinin doğum günüdür.
Kult.az xəbər verir ki, o, 1873-cü il martın 29-da Güney Azərbaycanın Şəbüstər şəhərində anadan olub.
İlk təhsilini Şəbüstərdə mədrəsədə alan Mirzə Əli atası öldükdən sonra, 16 yaşında İstanbulda yaşayan qardaşlarının yanına gedib, orada tədris ləvazimatı satmaqla məşğul olub. İstanbul mühiti Möcüzün düşüncə və ədəbi yaradıcılığının formalaşmasında əhəmiyyətli rol oynayıb. O, İstanbulda vaxtının çoxunu kitab oxumaq ilə keçirib, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı davamlı izləyib.
Möcüz Şəbüstərə qayıtdıqdan sonra vətəninin müasir dövrün tələblərindən olduqca geri qaldığını görür. O, burada yaranan tənqidi düşüncə və təəssüratını şeir ilə ifadə edir.
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
Möcüz, həmçinin, vaxtını məşhur alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məqbərəsinə xidmətdə keçirib, vətəndaşların cəhalətdən qurtulması və mədəni həyata çıxması üçün çalışıb. Şəbüstərdə mövhumatçı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə qız məktəbi açan, qadın azadlığını kəskin və təsirli sözləri ilə müdafiə və təbliğ edən Mirzə Əli Möcüz bu sahədə İranda əməli addım atan ilk şəxslərdən biri hesab edilir.
Ən xırda məişət məsələlərindən tutmuş ən böyük ictimai mövzulara, zəruri siyasi hadisələrə qədər geniş mövzu dairəsi Möcüzün əsərlərində xüsusi bir üslub ilə əks olunub. Möcüz Güney Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik ruhlu, sadə, ana dilində yazan xalq şairi olub. Onun yaradıcılığında vətənpərvərlik və milli azadlıq ideyalarının tərənnümü, maarif və mədəniyyətə çağırış da önəmli yer tutur.
Möcüz ana dili uğrunda mübarizədə fəal iştirak edib, şeirlərini sadə xalq dilində yazıb. Onun bir sıra şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza yayılıb.
Mirzə Əli Möcüz yaşadığı dövrdə irticaçı, mövhumatçı din xadimlərinin və onların köləsinə çevrilmiş savadsız kütlənin davamlı təzyiqləri ilə üzləşib. Mollaların mənafeinə toxunduğu üçün onlar tərəfindən kafir elan edilən Möcüz buna görə dəfələrlə hücumlara məruz qalıb, evi və əlyazmaları yandırılıb.
Sonrakı dövrlərdə onun əsərlərinin bəzilərinin nəşrinə göz yumulsa da, İranda 1979-cu ildə mollaların hakimiyyətə gəlişindən sonra şeirlərinin çapına qadağa qoyulub. Şairin əsərləri gizli şəkildə azərbaycanlılar tərəfindən nəşr edilərək yayılıb.
Azərbaycanın ədəbiyyat tarixində özünəməxsus yeri olan M.Ə.Möcüz 1934-cü il sentyabrın 25-də İranın Şahrud şəhərində vərəm xəstəliyindən düyasını dəyişib.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video