Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddialar irəli sürülüb.
BUTA.TV xəbər verir ki, Fazil Mustafaya məhz avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir.
Belə ki, avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə “Bravo” hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi məna kəsb edir. Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır.
Daha bir iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov bu gün İsrailə və Fələstinə səfərə yola düşüb. Onun 29 martda İsraildəki səfirliyimizin açılışında iştirak edəcəyi gözlənilir.
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
Bu hücumun İsraildəki səfirliyimizin açılmasına da "sürpriz" edilib. Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video