Təbrizli sənətçilərin filmi bu festivalda qalib oldu

20:38 - 28 Mart 2023 - GÜNDƏM

 Təbrizli sənətçilərin filmi bu festivalda qalib oldu

Təbrizli sənətçilərin hazırladığı "Su = Həyat" animasiya filmi ABŞ-da keçirilən Dünya su filmləri festivalında ən yaxşı animasiya mükafatına layiq görülüb.

BUTA.TV xəbər verir ki, festival Nyu Yorkdakı Kolumbiya Universitetində BMT nümayəndələri və ətraf mühit üzrə ekspertlərinin iştirakı ilə keçirilib.

Filmin rejissoru Məhəmməd Zare, prodüseri Əkrəm Xoşvəqt, ssenari müəllifi isə Rəna Vaezidir.

Məhəmməd Zare festivalın tamaşaçıları qarşısında qısa çıxışında Urmiya gölünün ağır vəziyyətindən, bu ekoloji böhrana diqqət yetirilməsinin zəruriliyindən və suyun həyati əhəmiyyətindən danışıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol