Ermənistanın bu yaxınlarda Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıması Rusiyada ciddi hiddət doğurub. BCM-nin yurisdiksiyasının tam tanınması üçün onunla bağlı sazişin parlamentdə ratifikasiyası zəruridir. Bu da onsuz da həssas olan Ermənistan-Rusiya münasibətlərini şübhə altına ala bilər.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan Ermənistan Konstitusiya Məhkəməsinin BCM-lə bağlı müsbət rəy verməsini şərh edərkən deyib.
“Düzünü desəm, İrəvanın niyə Roma Statutunu ratifikasiya etməli olduğunu anlaya bilmirəm. BCM hansısa qərar çıxarsa və Azərbaycanı günahkar elan etsə belə, Bakı bunu sadəcə olaraq görməzlikdən gələ bilər. Çünki onlar bu müqaviləni tanımır və onun yurisdiksiyasına daxil deyillər.
Azərbaycanın yüksək rütbəli hərbçilərinin BCM vasitəsilə məsuliyyətə cəlb edilməsi nəticəsiz olacaq, lakin bu qərar Ermənistan-Rusiya münasibətlərinə yenidən zərbə vuracaq. Əlbəttə ki, Ermənistan BCM-in Rusiya ilə bağlı qərar qəbul etməsindən əvvəl (BCM-in 17 martda Rusiya prezidenti haqda həbs qərarı verməsi nəzərdə tutulur – red.) BCM müqaviləsinin ratifikasiyası prosesinə başlayıb. Amma həmin an məhkəmədə Rusiya ilə bağlı artıq müzakirə gedirdi. Bu baxımdan İrəvanın addımı Rusiya tərəfində anlaşılmazlığa səbəb olacaq. Ona görə də belə hallarda hər zaman diplomatik iş lazımdır. İnanmıram ki, Ermənistan hakimiyyəti müvafiq diplomatik iş aparıb və Moskvaya öz hərəkətlərinin məqsədəuyğunluğunu izah edib. Bakıya təzyiq məsələsində BCM mexanizmlərinin səmərəsizliyi və Rusiya ilə münasibətlərə zərbə səbəbindən Roma Statutunun ratifikasiyası yersizdir ”, - o bildirib.
Qeyd edək ki, Rusiya artıq İrəvanın bu addımına dair susqunluğunu pozub. Ermənistan Konstitusiya Məhkəməsinin təsdiqindən üç gün sonra Rusiya XİN İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Rusiya tərəfinin narahatlığı birbaşa deyil, TASS dövlət xəbər agentliyi vasitəsilə Xarici İşlər Nazirliyindəki mənbə vasitəsilə ifadə olunub.
Erməni mütəxəssislər hesab edirlər ki, Rusiyanın seçilmiş leksikon və informasiyanın ötürülməsi üslubu daha çox “xəbərdarlıq atəşinə” bənzəyir. Çünki TASS-ın həmsöhbəti Ermənistana İrəvanın qərarının ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir edəcəyi barədə xəbərdarlıq edildiyinə də diqqət çəkib.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video