Martın 28-nə olan məlumata əsasən, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 12.0 mm, Şərurda 9.0 mm, Gədəbəydə 8.0 mm, Şahbuzda 6.0 mm, Naxçıvan, Culfa, Qrız, Ordubadda 5.0 mm, Şahdağ, Daşkəsəndə 4.0 mm, Qusar, Şəki, Tovuzda 3.0 mm, Qax, Göygöl, Ağstafada 2.0 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Zaqatala, Qobustan, Quba, Xaltan, Sabirabad, Neftçala, Astarada 1.0 mm, Bakıda və Abşeron yarımadasında 0.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.
Külək şimal-qərb küləyi Naftalanda 28 m, Tərtərdə 20 m/s, Bərdədə 19 m/s, Gəncədə 18 m/s, Şabranda 17 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.1 metrə çatıb.
Sumqayıt, Daşkəsən, Göygöl, Şahdağ, Qrız, Şəki, Qax, Lerikdə dumanmüşahidə olunub.
Havanın temperaturu martın 27-də Bakıda iqlim normasından 7.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20°-dək isti, Naxçıvanda 23°-dək isti, dağlıq rayonlarda 12°-dək isti, aran rayonlarında 22°-dək isti olub.
Martın 28-i səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, 28-i gündüz, 29-da ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video