Nurlana Əliyeva məhkəməyə yenə gəlmədi

11:38 - 27 Mart 2023 - GÜNDƏM

 Nurlana Əliyeva məhkəməyə yenə gəlmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BUTA.TV xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılmış sabiq rektor Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.

İclasda iş üzrə bir nəfər- Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb. İddia üzrə cavabdeh Dürdanə Əliyevadır.

Daha sonra iş üzrə bir neçə sənəd elan olunub. Dürdanə Əliyevanın müvafiq qrumlara etdiyi müraciətlər oxunub.

Növbəti proses aprelin 3-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol