Ermənistanın siyasi ekspertləri İlham Əliyevin Qarabağda salami stratejiyasi, yaxud "salami slicing tactiks" həyata keçirməkdə "ittiham" edirlər. Salami hisə verilmiş kolbasa növüdür ki, onu nazik doğrayaraq yeyirlər. Onlar hesab edirlər ki, biz addım-addım öz məqsədlərimizə yaxınlaşırıq. Erməni ictimaiyyətini məğlubiyyətlə barışdırıb Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edirik. Onların dediklərində həqiqət var. Növbəti addımımız ölkəmizin sərhədlərini nəzarətə götürməyimiz olmalıdır və olacaq da. Heydər Əliyev İli Qarabağ üzərində dövlət suverenliyinin bərpası və dövlət sərhədlərimizin bərpası ili kimi də tarixə düşməlidir. Allah köməyimiz olsun ki, böyük qanlar tökülmədən məqsədlərimizə çataq. Azərbaycan əsgərinə eşq olsun!
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyib.
O, Azərbaycana münasibətdə bəzi Qərb ölkələrinin, İranın, Rusiyanın hansısa təxribatlarının mümkünlüyünə də toxunub:
“Biz absurdlar dövründə yaşayırıq. Bu gün dövlətlərin beynəlxalq münasibətlərdəki davranışında qeyri-məntiqi, qeyri-sağlam yanaşmaları görürük. Üzdə dostluqdan, qonşuluqdan, strateji tərəfdaşlıqdan, müttəfiqlikdən danışıb arxada riyakarlıq edir, ərazi bütövlüyümüzə qarşı çıxırlar. Bəzi böyük dövlətlərin başçıları, rəsmiləri beynəlxalq hüquqdan, BMT Nizamnaməsindən danışır, amma utanmadan dediklərinin əksini edir, beynəlxalq birlik və kiçik xalqlar qarşısında məsuliyyətlərini unudur, nəyi "maraqlarına" uyğun hesab edirlərsə, o istiqamətdə də qərarlar qəbul edirlər. Buna görə də təxribatların olması ehtimalını istisna etmək olmaz. Biz belə təxribatların qarşısını heç nədən və heç kimdən çəkinmədən qətiyyətlə alacağımızı nümayiş etdirməliyik. Biz dövlət olaraq BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarımızın, ərazi bütövlüyümüzün bərpa olunmasını istəyirik. Ordu quruculuğuna xüsusi diqqət yetirilməli, ən müasir silahlarla təmin edilmiş, ən çətin vəzifələri layiqincə yerinə yetirməyə hazır olan peşəkar ordumuz olmalıdır”.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək