Ukrayna bataqlığı içərisində olan Rusiya Azərbaycanla açıq qarşıdurmaya getməyəcək. Qarabağda zəruri və gərəkli bildiyimiz tədbirləri davam etdirməliyik.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ordumuzun ötən gün Laçın yoluna paralel olan və ermənilərin qanunsuz olaraq silah daşıdğı torpaq yollarını nəzarətə götürməsi haqda qeyd edib.
O bildirib ki, Laçın və ona paralel olan bütün yollar Azərbaycan ərazisindədir və yolları nəzarətə götürmək suveren hüququmuzdur:
“Rusiya Müdafiə Nazirliyinin bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəlilədiyi və istehkam işlərini həyata keçirildiyi təsdiq edilib. Bəyanatda bildirilib ki, Rusiya hərbi komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür”. Sonrakı cümlələr təhdid xarakter daşıyır: “Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə qaytarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”.
Qüvvələrimizi çıxarmayacağımız halda nə edəcəklər? İkinci Qarabağ müharibəsindən sonra öz ərazimizdə bir neçə əməliyyat həyata keçirib irəliləmişik. Həmin əməliyyatlarda qarşımızı kəsə bilmədilərsə, bu dəfə də bəyanatla kifayətlənəcəklər. Nə Azərbaycan Rusiya ilə, nə də Rusiya Azərbaycanla Qarabağda toqqşumaq istəyir. Bu, hər iki dövlətin maraqlarına cavab vermir”.
Buna baxmayaraq, politoloq vurğulayıb ki, Kremlə bəzi həqiqətləri çatdırmaq vacibdir:
“1. Azərbaycan Ordusu Qarabağda zəruri addımlarını davam etdirəcək və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil;
2. Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılacaq;
3. Rusiya hərbi kontingenti 2 ildən sonra bölgəni tərk etməyə hazırlaşmalıdır”.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək