Xankəndindəki separatçılar Azərbaycan Ordusunun Şuşa-Turşsu istiqamətində irəlilədiyini təsdiq edir.
BUTA.TV xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Erməni deputat, hərbi ekspert Tiqran Abramyan deyir ki, Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Qarabağ üçün (separatçıları nəzərdə tutur – red.) strateji əhəmiyyət daşıyan yol nəzarətə götürülüb: “Azərbaycanlılar əvvəlki mövqelərinə qayıtmasa, Qarabağda (separatçılar üçün) vəziyyət hər cəhətdən pisləşəcək”.
Separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək amildir”, - o bildirib.
Asif Nərimanlının sözlərinə görə, bu gün atılan addımlar Qarabağda artıq müdaxilə dövrünün başladığı deməkdir:
“Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb: söhbət Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolundan gedir;
İkincisi, bu, Azərbaycan Ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq.
Separatçıların səngər qazmaq cəhdinin qarşısı da alınıb”.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək