SEPAH-a bağlı olan İran Teleqram kanalları guya Azərbaycanı hədəf alan daha bir video-çarx hazırlayıblar.
BUTA.TV xəbər verir ki, son günlər daha çox video-blogerliklə məşğul olan SEPAH təbliğatçılarının bu dəfə Azərbaycana qarşı hazırladıqları çarx əslində özlərini ifşa edib.
Təbliğatçılar “Əliyev, o gündən qorx ki, biz Bakını İrana birləşdirəcəyik – necə ki, Şah Abbas etmişdi”, - sözləri ilə Səfəvilər dövlətinin xəritəsini yayıblar.
Qeyd edək ki, Səfəvilər dövləti – Azərbaycan-türk dövlətidir, qurucusu isə Şah İsmayıl Xətaidir.
Səfəvilər dövlətinn qurulmasında iştirak edən 7 tayfanın hamısı türk tayfası olub və Səfəvilər dövlətinin ordusunu da bu tayfalar təşkil edib.
Səfəvilər dövləti qurulduğu 1501-ci ildən süqut etdiyi 1736-cı ilə qədər bütün şahları Səfəvi nəslindən, türklər olublar.
Bu dövləti İran adı ilə farsların mənimsəmə cəhdi Nizami Gəncəvini mənimsəmək istəklərindən fərqli deyil və ümumiyyətlə, İran fars mollaları son vaxtlar türk mədəniyyəti, ədəbiyyatı və dövlətlərinə iddiaları ilə ermənilərin “oğurluq adətlərinə” şərik olduqlarını nümayiş etdirirlər.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı