Ukraynanın strateji hücum planı belədir - Priqojin

08:02 - 24 Mart 2023 - GÜNDƏM

 Ukraynanın strateji hücum planı belədir - Priqojin

Ukrayna ordusunun strateji planlarına Krımın blokadası da daxildir.

BUTA.TV xəbər verir ki, bu barədə "Vaqner" rəhbəri Yevgeni Priqojin Teleqram kanalında bildirib.

"Ukrayna Silahlı Qüvvələri müəyyən bir ssenari üzrə Belqorod istiqamətində zərbə endirməyə cəhd edə bilər. Eyni zamanda, Svatovo-Kremennoy xətti istiqamətində və Baxmut üzərində hücuma keçməyi planlaşdıracaqlar. Onların Baxmut ətrafındakı qrupları, əsasən, Seversk, Slavyansk, Kramatorsk, Drujkovka, Konstantinovka və Çasovoy Yarda yerləşir. Ukraynalıların əsas vəzifəsi bu xətləri nəzarətində saxlamaq və bundan istifadə edərək daha da irəli gedə bilməkdir. Ukrayna dəhliz açmaq üçün Rusiya qüvvələrinin mühasirəyə alınmasına cəhd edə bilər. Onlar “lxr" və "dxr"i parçalamaq üçün Lisiçansk, Severodonetsk, Debaltsevo, Luqanska doğru üçüncü zərbə istiqaməti yaradacaqlar. Əlbəttə ki, onlar Dnepropetrovskda cəmləşərək Zaporojye istiqamətinə çatmağa çalışacaqlar. Berdyansk, Melitopol və Mariupola çatmaq üçün isə Zaporojye bölgəsində bir neçə zərbə vuracaqlar. Bununla da Krımın blokadası reallaşacaq. Bundan sonra, çox güman ki, Krım körpüsü ilə məşğul olmağa və bununla da vəziyyəti 1991-ci ilin sərhədlərinə qaytarmağa cəhd edəcəklər”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol