Yeni müharibə olsa, İrəvan tab gətirəcək? – VOMA da qorxur

21:44 - 23 Mart 2023 - GÜNDƏM

 Yeni müharibə olsa, İrəvan tab gətirəcək? – VOMA da qorxur

Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsi ilə üzərinə götürdüyü öhdəliklərin əhəmiyyətli hissəsini yerinə yetirmir və nəinki yerinə yetirmir, bundan rəsmi şəkildə imtina edir: Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasından müxtəlif manipulyasiyalarla imtina edən Ermənistan iqtidarı son vaxtlar ümumiyyətlə bu barədə öhdəliyinin olmadığını bəyan edir və bəyannamənin həmin bəndini “mübahisələndirməkdən” belə çəkinmir; Rus sülhməramlı kontingentinin yerləşməsi ilə paralel erməni silahlı birliklərinin ərazimizdən çıxarılması bəyannamədə nəzərdə tutulan müddəa olsa da, Ermənistan bunu da 2,5 ildir icra etmir. Guya rus sülhməramlıların nəzarət zonasında “erməni müdafiəçiləri” olduqlarını bildirsələr də, Azərbaycan Prezidenti İlham Əliyev 10 min erməni hərbçisinin Xankəndi və ətrafında hələ də qalmaqda davam etdiyini bildirdi. Üstəlik, Azərbaycanın 8 kəndini işğalda saxlayan, sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələr uyduran Ermənistan Qarabağa iddiasından da əl çəkmir: separatçılara illik yardımı getdikcə artırır, Laçın yolunda silah daşınması üçün istifadə edir, beynəlxalq miqyasda isə Azərbaycana qarşı təbliğatını davam etdirir və s.

Bütün bunların müharibə səbəbi olacağını Ermənistan hakimiyyəti də bilir və buna görə də son günlər “eskalasiya mümkündürmü” sualı erməni mediasında və siyasi dairələrində ciddi müzakirə mövzusudur.

BUTA.TV xəbər verir ki, növbəti belə bir sual Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti nəzarətində yerləşən ərazisində də “filialı” olan VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) terror qruplaşmasının rəhbəri, ilk kəşfiyyat-diversiya taborunun qurucusu olduğu bildirilən Vova Vardanova ünvanlanıb.

“Növbəti hərbi eskalasiyaya Ermənistan dözəcəkmi” sualına terrorçu “narahatlığını” bu cür ifadə edib:

“Məsələ o deyil ki, Ermənistan buna dözəcək, ya yox; məsələ odur ki, dözməlidir! Həmişə demişəm ki, səhlənkarlıq ucbatından türkün (azərbaycanlıları nəzərdə tutur – red.) bu yarışda çox irəli getməsinə imkan veririk. Hazırkı vəziyyət tənbəlliyimizin nəticəsidir. Və hər şeyi hökumətin üstünə atmayın. İndi jarqon çox işlədilir, deyirlər: atmışam rusun cibinə, baş nazirin cibinə, ya da baş nazir xalqın cibinə atıb. Mən də cibimə atıram, hamımız tənbəlik, dəvəquşu mentalitetimiz var. Biz balaca başımızı quma salırıq, böyük bir hədəf təmin edirik ki, türklər bu hədəflə nə istəyirlər, etsinlər”.

O, bu istiqamətdə VOMA-nın xeyli işlər gördüyünü də bildirib.

Qeyd edək ki, VOMA Ermənistan sərhədində səngər qazır, “istinadlar” düzəldir, eyni zamanda yeniyetmələrə silahdan istifadə qaydalarını öyrədir, “təlimlər” keçir, qız uşaqlarını belə təlimlərə cəlb edir. VOMA-nın rus sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində də “təlimlər” keçdiyi haqda məlumat və görüntülər var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol