Akarın Şoyquya "Qarabağ zəngi": Kremlə nə çatdırıldı?

09:02 - 23 Mart 2023 - SİYASƏT

 Akarın Şoyquya

Akar Şoyqu ilə telefon söhbətində Qarabağ ətrafındakı vəziyyəti də müzakirə edib. Ankaranın təşəbbüsü ilə baş tutan telefon zəngində Qarabağla bağlı nələrin müzakirə edildiyini təxmin etmək mümkündür:

1. Qarabağda qanunsuz erməni silahlı dəstələrin çıxarılması;

2. Rusiya sülhməramlılarının müşahiyəti ilə Ermənistandan silah-sursatın daşınmasının qarşısının alınması.

Ankara Bakının bu istəklərini, həm də buna qarşı atılacaq addımları Moskvaya çatdırır. Akarın zəngi həm də Bakının atmağa hazırlaşdığı addımlardan öncə Rusiyaya Azərbaycanın yanındayıq demək, bununla mümkün təzyiqlərin qarşısını almaq məqsədi də daşıya bilər.

Bunun fonunda keçmiş Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı dəstələrinə məxsus postda silah-sursat və hərbi texnikanı sıradan çıxaran, canlı qüvvənin xəsarət alması ilə nəticələnən yanğının baş verməsi də diqqət çəkir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol