İran üçün qonşularla münasibətlərin inkişafı prioritetdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan İran XİN rəhbərinin müavini Əli Bagiri Kani deyib.
O bildirib ki, İran “mehriban qonşuluq” prinsipinə uyğun olaraq, Ermənistanda və regionda stabilliyin və sülhün bərqərar olmasında vacib və xüsusi rol oynayır:
“Erməni həmkarlarımın dəvəti ilə mən hazırda Ermənistandayam. Dünən və bu gün onunla və Ermənistan XİN başçısı ilə çox effektiv müzakirələr apardıq. Bu görüşlərdə İranın regionda sülhün təmin olunmasında sabit mövqeyi qeyd edildi. Həmçinin vurğulandı ki, İran regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında həmişə sabit və etibarlı tərəfdaşdır.
Biz həmçinin qeyd etdik ki, yalnız region ölkələri sülh və təhlükəsizliyin qarantıdır, xarici qüvvələrin mövcudluğu isə bu sülh və sabitliyi təmin edə bilməz, onlar başqa məqsədlər güdürlər”.
Qeyd edək ki, Cənubi Qafqaz regionuna qeyri-region ölkələrin dəvəti məsələsi yalnız İrəvana aiddir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın dəvəti ilə hazırda Ermənistanda AB-nin “mülki missiyası” yerləşir. Bu “mülki missiya”nın tərkibində isə alman polis zabitləri və fransız jandarmaları var.
Bu baxımdan İranın XİN təmsilçisinin konkret ad çəkməyə cəsarət etməməsi, Ermənistanın destruktiv fəaliyyətini dəstəkləməsi, onun işğal siyasətini körükləməsi, SEPAH-ın isə vaxtaşırı olaraq Azərbaycanı hədələməsinin Tehranın regionda qətiyyən “sülh və sabitlikdə vacib tol oynadığı” anlamına gəlmir. Əksinə, hazırda İran regionda təhlükəsizliyə əsas təhdid, Azərbaycan və İran arasında sülh sazişinin imzalanmasına mane olan başlıca qüvvədir.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!