Qarabağdakı erməni hərbçilərinin sayı – Əliyev ilk dəfə açıqladı

00:44 - 22 Mart 2023 - SİYASƏT

 Qarabağdakı erməni hərbçilərinin sayı – Əliyev ilk dəfə açıqladı

Azərbaycan lideri Əliyev ABŞ Dövlət katibi Blinkenlə telefon söhbətində Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin Azərbaycan ərazisində olduğunu bildirib. Prezident ilk dəfədir erməni silahlı dəstələrinin sayı ilə bağlı konkret rəqəm açıqlayır.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“Bu hərbçilər Azərbaycan ərazisindən çıxarılmadığı müddətdə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Əliyevin ABŞ-a izah etmək istədiyi də budur.

Şübhəsiz ki, Azərbaycanın bu qüvvələrin məcburi çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində planı var. Ermənistan ordusunun ərazimizdəki hərbçilərinin sayının dəqiqləşdirilməsi də hazırlığın bir hissəsi hesab edilə bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol