Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədəki Azərbaycan icmasını Novruz bayramı münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə prezident öz sosial media hesabında paylaşım edib.
Novruzun yeni enerji və rahat münasibətlər gətirməsini arzulayan Prezident yazıb:
“Bu gün Novruz bayramını qeyd edən bütün vətəndaşları təbrik edirəm. Bu gün yazın gəlişini qeyd edən Azərbaycan icmasından soydaşlarımızı və bütün qonaqlarımızı təbrik edirəm”.
“Mən, eyni zamanda, qonşu ölkələrin, Türkiyədə və ya Qazaxıstanda, Türkmənistanda və bütün dünyada yaşayan vətəndaşları yeni il bayramı və yeni məhsul münasibətilə təbrik edirəm. İstərdim ki, bu gün yeni başlanğıc, yeni həyat mənbəyi, yenilənmiş enerji və rahat münasibətlər gətirən gün olsun”- deyə Salome Zurabişvili qeyd edib.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!