Belarusun Qrodno şəhərində DTK-nın xüsusi təyinatlı dəstəsinə silahlı müqavimət göstərən əcnəbi vətəndaş məhv edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) məlumat yayıb.
“Belarus ərazisinə terror aktı törətmək məqsədi ilə daxil olmuş şəxslərin fəaliyyətinin qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi tədbirlər zamanı 2023-cü il martın 19-da Qrodno şəhərində Kurçatov küçəsində əcnəbi vətəndaş məhv edilib. Həmin şəxs avtomat silahı və qumbaradan istifadə etməklə DTK-nın xüsusi təyinatlı “A” qrupunun döyüşçülərinə silahlı müqavimət göstərib”, - bildirilir.
Məlumata görə, DTK-nın İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb.
- Aprel qələbəsindən 10 il ötür
- Bu yolda sürət həddi endirildi
- Azərbaycanda bu məktəb onlayn rejimə keçdi
- İtkin düşən 10 nəfər tapıldı - Rəsmi
- Sabah Şağanda qaz olmayacaq
- Xəzər sahilindən Bakıya qatı duman yaxınlaşır - Foto
- Abşeronda içməli su təminatı bərpa olunur
- Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası...