Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsinin açılması üçün hazırlıqlara başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə komitənin hesabatında bildirilib.
“Marqara” keçid məntəqəsinin mümkün yenidən işə salınmasının texniki hissəsini təmin etmək üçün Dövlət Gəlirləri Komitəsi Metsamor icmasının Ağsaqqallar Şurasına müraciət edib ki, Marqara kəndində icmanın mülkiyyəti hesab edilən əmlak Dövlət Gəlirləri Komitəsinə bağışlansın”, - məlumatda deyilib.
Bu əmlakın gələcəkdə zəruri hallarda gömrük nəzarəti üçün istifadə edilməsi planlaşdırılır:
“Hazırda gömrük nəzarəti prosesinin təmin edilməsi araşdırma aparılır”.
Qeyd edək ki, söhbət gömrük binasından və sərhədə bitişik digər yarımçıq infrastrukturdan gedir.
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!
- Bu marşrutda gedişhaqqı 60 qəpik oldu