Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
BUTA.TV xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
Küləksiz havada yer səthi effektiv əks şüalanma nəticəsində soyuyur və buna görə də, yerüstü hava qatında duman əmələ gəlib:
"Naxçıvan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Lerik, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Neft Daşlarında da duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb."
G.Məmmədova qeyd edib ki, dumanlı hava şəraitinin martın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video