Saatlıda polisə müqavimət göstərən yeniyetmə xəsarət aldı

12:50 - 18 Mart 2023 - GÜNDƏM

 Saatlıda polisə müqavimət göstərən yeniyetmə xəsarət aldı

Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmə xəsarət alıb.

BUTA.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov Oxu.az-a bildirib ki, qeyd olunan hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək, ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər:

“Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək, onların cəhdinin qarşısını alıb. Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı şəxs də xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır”.

“Odur ki, araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcəkdir”, - DİN rəsmisi vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol