Milli Məclisin buraxılacağı ilə bağlı proqnozlar özünü doğrultmasa da, qanunverici orqanın islahatlardan kənarda qalmayacağı artıq heç kimdə şübhə doğurmur.
Parlamentin payız sessiyasında seçki qanunvericiliyinin dəyişdiriləcəyi ilə bağlı ciddi məlumatlar var.
Yaxın gələcəkdə ölkədə proporsional seçki sisteminin tətbiq olunacağı gözlənilir. Bununla paralel olaraq, deputat yerlərinin sayı da 200-ə qaldırılacaq. Parlamentin növbəti tərkibinin daha rəngarəng olacağı gözlənilir. Bu dəfə qanunverici orqanda daha çox siyasi partiyanın və parlaq simanın təmsil olunacağı ehtimal edilir. Aldığımız məlumata görə, islahatlar seriyası hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısından başlayacaq. Hazırda parlamentdə YAP-ı təmsil edin deputatların yarısından çoxunun növbəti seçkilərdə mandatlarını itirəcəyi vurğulanır.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, deputat mandatı ilə vidalaşacaq YAP-çılardan biri də sabiq spiker Oqtay Əsədovdur. Sədr seçilmədiyi üçün 2020-ci ildən bəri parlamentdə fəaliyyətini boykot edən O.Əsədovun bu hərəkəti ilə hakimiyyəti qəzəbləndirdiyi bildirilir.
Qeyd edək ki, parlament seçkilərindən dərhal sonra O.Əsədovun hakimiyyət komandasından narazı qaldığına dair məlumatlar yayılıb. Buna səbəb kimi onun yenidən sədr seçilməməsi göstərilib. Bildirilir ki, növbəti dəfə spiker seçilməməsi O.Əsədovu çox məyus edib və o, Milli Məclisin iclaslarına qatılmamaqla bağlı qərar qəbul edib.
Maraqlıdır ki, bu məsələ dəfələrlə gündəmə gəlsə də, keçmiş spiker inadkarlıq göstərərək, qanunverici orqanın fəaliyyətini boykot edib. Parlamentin yeni rəhbərliyi bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirsə də, qalmaqal yaranmaması üçün məsələni açıb-ağartmayıb.
Aldığımız məlumatlara görə, siyasi iqtidarın O.Əsədova güzəşt limiti bitib və sabiq spikerin qanunverici orqandan yola salınması ilə bağlı qərar verilib. Növbəti parlament seçkilərində YAP-ın siyahısında onun adının olmayacağı dəqiqləşib. Çünki Əsədov nəinki parlamentin, hətta üzvü olduğu YAP-ın toplantılarına qatılmaqdan da boyun qaçırır.
O.Əsədovun “vurulmasında” həm də ailə üzvlərinin Moskvadakı biznesinə dair məlumatların ictimailəşməsinin rol oynadığı bildirilir.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video