"Qalatasaray" Mahirin komandasına məğlub oldu

23:18 - 17 Mart 2023 - İDMAN

Türkiyə Super Liqasında XXVI tura start verilib.

BUTA.TV xəbər verir ki, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Qalatasaray"la qarşılaşıb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 31-ci dəqiqədə qonaqlardan Miloş Raşitsa açıb. Meydan sahibləri 62-ci dəqiqədə Soner Dikmenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Oğulcan Ulğun Konya təmsilçisinə qələbə qazandıran qolu vurub.

Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə məhz Ulğunla əvəzlənib. 26 yaşlı hücumçunun komandası bu qalibiyyətlə rəqibin 14 oyunluq qələbə seriyasına son qoyub.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Konyaspor" 8-ci pillədə qalıb. "Qalatasaray" isə 60 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la xeyriyyə oyunu keçirələcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol