Hesabatda da qeyd olunub ki, ölkədə 5 milyondan çox məşğul əhali var. Bunun isə cəmi 1 milyondan çoxu neft və qeyri-neft sektorunda çalışır. Bəs qalanları? Niyə onlar barədə məlumat yoxdur?
BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
“Onların hansı iqtisadi fəaliyyətlərlə məşğul olmasından xəbərimiz yoxdur. Halbuki çoxunun adına torpaq sahələri var. Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.
“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Bəs pensiyanı həmin standartlarda vermirik? Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı. Hara baxırsan çətinliklər var” – T.Kərimli əlavə edib.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...