Şuşa Serbiyanın bu şəhəri ilə qardaşlaşdı

11:36 - 17 Mart 2023 - GÜNDƏM

 Şuşa Serbiyanın bu şəhəri ilə qardaşlaşdı

Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

BUTA.TV xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyin inzibati binasında keçirilib.

Sənədləri Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaç imzalayıblar.

Beləliklə, Şuşa işğaldan azad olunandan sonra ilk dəfə olaraq şəhərdə qardaşlaşma haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib. Səfər Azərbaycan Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin dəvəti ilə baş tutub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol