Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişi baş tutmayıb.
“BUTA.TV” xəbər verir ki, bu iddia ilə aktyor Corc Qafarov çıxış edib.
Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan zəfərlə bağlı böyük bir film çəkilməli olsa da, ayrılan vəsait mənimsənildiyi üçün bu, baş tutmayıb.
Aktyor bu barədə instaqrdam hesabında yazıb:
“Keçən il ikinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki böyük miqdarda pullar yeyildi. Kim yedi, necə yedi orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, o çəkilişə pula görə yox, borc bilib razılıq verdim. Təlimlərə yola düşdük, 1 aya yaxın orada sözün əsl mənasında yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətci deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalıydız, və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz bu az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindənəm, pul yeyənlər tərəfindən deyil. Mən dünyaya işıq saçan insanlar tərəfindənəm. Mən nə edirəmsə, təmiz iş görürəm. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim var. Bu mətni yazdım ki, gec deyil ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsəntinə ləkə salanlar bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!”.
Qeyd edək ki, gənc aktyor təlimlərdən görüntüləri də paylaşıb.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...