Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır.
Bu barədə BUTA.TV-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bəyanatda bildirilib ki, qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə və bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur: "Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilİB. Bu isə dərin məyusluq və hiddət doğurur".
Qeyd olunub ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir: "Ən əsası isə sənədin bu formada qəbul olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş Ermənistan və erməni diasporundan qaynaqlandığının bariz göstəricisidir. Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə verir. Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması Avropa Parlamentinin deputatlarının nə qədər məsuliyyətsiz və qərəzli olduğunu göstərir".
"Bununla belə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir. Avropalı komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirə bilmişdir. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, Aİ-nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır", - bəyanatda vurğulanıb.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...