Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlayıb və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıb.
BUTA.TV xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, həmin yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.
"Statistika paytaxt ərazisində baş verən yol qəzalarının əsas səbəblərindən birinin yüksək sürət olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir", - deyə sədr qeyd edib.
Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan
- İrandan ABŞ-yə sərt xəbərdarlıq
- 14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video