Dünən İraqın Duhok vilayətinin Çemalke şəhərində ABŞ-ın “Eurocopter AS350” tipli helikopterinin partlaması və ölən yeddi nəfərdən ən azı üçünün YPG/PKK terrorçusu olması diqqəti cəlb edir. Ağla ilk gələn gizli əməliyyat versiyasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar qeyd edib.
“Helikopter nə Türkiyə, nə də İraqa məxsusdur. Ona görə də bunun arxasında YPG/PKK ilə əlaqələri olan və İŞİD ilə mübarizə aparan koalisiya ünsürlərinin, ya da bölgədə uçuş həyata keçirə bilən xüsusi kəşfiyyat təşkilatının olması mümkündür. Baş verən hadisə ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK ilə birbaşa əlaqəsinin olduğunu ifşa edir. Digər tərəfdən, gecə uçma qabiliyyətinə sahib olan helikopterlə PKK üzvlərinin, raket və sursatın daşınmasının yəqin ki, çox önəmli səbəbləri olub. Daşınan terrorçular da yəqin ki, adi terroçular olmayıb.
Digərlərinin isə casus olma ehtimalı çoxdur. Bütün yönləri ilə böyük və maraqlı hadisədir”, - Ağar bildirib.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi