Mühüm: Türk dövlətləri gömrük dəhlizi yaradır

14:24 - 16 Mart 2023 - GÜNDƏM

 Mühüm: Türk dövlətləri gömrük dəhlizi yaradır

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş müzakirə olundu. Yeni Saziş qüvvəyə mindikdən sonra türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq.

BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur:

“Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra olunacaq. Pilot layihə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol