Rusiya ABŞ PUA-sını vurmayıb, təhqir edib – Sensasion detal

12:22 - 16 Mart 2023 - GÜNDƏM

 Rusiya ABŞ PUA-sını vurmayıb, təhqir edib – Sensasion detal

Hadisə belə olub: Rusiyanın Su-27 qırıcısı ilk olaraq ABŞ-ın MQ-9 pilotsuz uçuş aparının üzərinə yanacaq töküb. Bu, hərbi jarqonda təhqir hesab edilir. Hərəkətin mənası birbaşa üzərinə işəməkdir!

BUTA.TV xəbər verir ki, bu sözləri Qara dəniz üzərində Rusiyanın Su-27 qırıcısı ilə ABŞ-a məxsus PUA-nın toqquşmasının böyük qalmaqal yaratmasının səbəbləri haqda yazan türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.

Ağar pərə toxunmanın da hərbi jarqonda təhqir olduğunu bildirib:

“İkinci Su-27 isə yenə təhqir üçün PUA-ya yaxınlaşıb, amma bu, əvvəlkinə nisbətən daha təhlükəli olub. Qırıcı təyyarə PUA-nın pərinə toxunub və Rumıniya tərəfə dönməyə çalışarkən aparat müvazinətini itirərək hadisənin baş verdiyi yerin 10 mil cənub-qərbində suya düşüb. Pərə toxunma da əslində təhqirdir, lakin bunu etikadan kənar olduğuna görə açıq yazmaq istəmirəm. İndi əsas məsələ ABŞ-ın bu təhqirə necə cavab verəcəyidir”.

Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına (PUA) çırpılıb. Nəticədə ABŞ PUA-sı dənizə düşüb.

Olay iki ölkə arasında ciddi gərginliyə səbəb olub.

Maraqlıdır ki, ABŞ PUA-sına yalnız bir Su-27-nin yaxınlaşdığı və toqquşduğu bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol