Rusiya hakimiyyəti 2030-cu ilə qədər Moldovanı öz peykinə çevirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident Administrasiyasının 2021-ci ildə tərtib etdiyi “Moldova Respublikasında Rusiya Federasiyasının strateji məqsədləri” adlı sənədində qeyd olunub.
Sənəd “Süddeutsche Zeitung”, NDR, “Yahoo Nyus”, “Delfi Eesti”, “Dosye”, “Expressen”, “İndependent”, “Frontstory”, Belaçrus Araşdırma Mərkəzi və “Vsquare”ın jurnalistləri tərəfindən yayılıb.
Bildirilib ki, sənəd Rusiya Baş Qərargahı, Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə hazırlanıb.
Qeyd olunub ki, Rusiyanın Moldovada strategiyası xarici amillərin - ilk növbədə ABŞ, AB ölkələri, Türkiyə və Ukraynanın "Moldova Respublikasının daxili işlərinə qarışmaq, NATO-nun təsirini gücləndirmək və Kremlin mövqeyini zəiflətmək cəhdlərinə qarşı durmağa yönəlib.
Yaxın bir neçə il ərzində Moskvanın Kişinyovu Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa məcbur edəcəyi planlaşdırıldığı da sənəddə öz əksini tapıb.
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...