Kremldən yeni səfərbərlik dalğası açıqlaması

16:54 - 15 Mart 2023 - GÜNDƏM

 Kremldən yeni səfərbərlik dalğası açıqlaması

Regionlarda hərbi komissarlıqların vətəndaşlara çağırış vərəqələri verməsi adi praktikadır. Kremldə yeni səfərbərlik dalğası barədə müzakirələr aparılmır.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu mövzuda heç bir müzakirəmiz yoxdur. Bu, sadəcə məlumat bazasını yeniləmək və dəqiqləşdirmələr üçün aparılan daimi işdir. Bütün detallar üçün birbaşa hərbi komissarlığa, dəqiqləşdirmə üçün isə Müdafiə Nazirliyinə müraciət etməlisiniz”, - Peskov bildirib.

Qeyd edək ki, bir müddət öncə Lipetsk vilayətinin rəhbərliyi bəzi sakinlərin hərbi komissarlıqlardan çağırış vərəqələri almaları haqqında məlumat yaymışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol