Bayram süfrəsindəki bu məhsulu həmin gün istifadə edin!

15:34 - 15 Mart 2023 - SAĞLAMLIQ

 Bayram süfrəsindəki bu məhsulu həmin gün istifadə edin!

Səhiyyə Nazirliyi bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib.

BUTA.TV xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov sağlam qidalanmanın insanların həyat tərzinə çevrilməsinin vacib olduğunu söyləyib.

Onun sözlərinə görə, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur:

“Qidalanmanın düzgünlüyü hər kəs üçün individualdır. Hamı üçün eyni sxem yoxdur. Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlar şəkərlə zəngindir. Şəkərlə zəngin olan qidaların saxlanma müddəti uzun ola bilər, amma düzgün şəraitdə saxlanmalıdır. Qidalar düzgün istifadə olunmalıdır. Bayram süfrəsindəki balıq məhsulları həmin gün istifadə olunmalıdır. Tez xarab olan məhsulların 4-6 saat ərzində qəbulu tövsiyə olunur. Əgər insanlar zəhərlənmədən şübhələnərsə, evdə müalicədən qaçmalı, mütləq həkimə müraciət etməlidir".

Bu xəbər hal-hazırda çox oxunur
Paşinyanın Peterburq xahişinin sensasion səbəbi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol