Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərində 36 partiya iştirak edə biləcək.
BUTA.TV xəbər verir ki, bunu ölkənin Ali Seçki Şurası açıqlayıb.
Beləliklə, Şuranın "Rəsmi qəzet"də dərc edilən qərarına Ədalət və Birlik Partiyası, Ədalət Partiyası, Ədalət və İnkişaf Partiyası, Ana Vətən Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokratik Sol Partiya, Demokrat Partiya, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluşu Partiyası, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, İYİ Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Milli Yol Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Dəyişiklik Partiyası, Türkiyə İşçi Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Yeni Türkiyə Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Zəfər Partiyası daxil edilib.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi